SON XƏBƏR

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir?

Yanvar 14
00:20 2021
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan Premyer Liqasında da qış fasiləsi yaranıb.

Budəfəki fasilə qısamüddətli olduğundan, klublar vaxt itirmədən heyətlərinə əl gəzdirməyə başlayıblar.

Fanat.Az Premyer Liqa klublarının qış transferlərini və yollarını ayırdıqları futbolçuların siyahısını təqdim edir:

Qeyd edək ki, yanvarın 10-da rəsmən açıqlanacaq 2020/21 mövsümünün qış "transfer pəncərəsi” fevralın 10-da bağlanacaq.

Neftçi

Gələnlər: Orxan Qurbanlı (Səbail, icarədən qayıdıb).
Gedənlər: Prins İbara (Beerşot, Belçika, icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli (Sumqayıt, icarə).
Müqavilə müddəti uzadılanlar: yoxdur.

Qarabağ

Gələnlər: yoxdur.
Gedənlər: Musa Qurbanlı (Zirə, icarə).
Müqavilə müddəti uzadılanlar: yoxdur.

Zirə

Gələnlər: Musa Qurbanlı (Qarabağ, icarə).
Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov.
Müqavilə müddəti uzadılanlar: yoxdur.

Sumqayıt

Gələnlər: Cabir Əmirli (Neftçi, icarə), Mehdi Şərifi (Perspolis, İran), Höccət Haqverdi (Peykan, İran).
Gedənlər: yoxdur.
Müqavilə müddəti uzadılanlar: yoxdur.

Qəbələ

Gələnlər: yoxdur.
Gedənlər: yoxdur.
Müqavilə müddəti uzadılanlar: yoxdur.

Səbail

Gələnlər: yoxdur.
Gedənlər: Arsen Ağcabəyov (Sabah, icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı (Neftçi, icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani, Elgün Nəbiyev.
Müqavilə müddəti uzadılanlar: yoxdur.

Keşlə

Gələnlər: Anatole Abanq (Şerif, Moldova), Nicat Qurbanov (Samtrediya, Gürcüstan), Sadio Tounkara (Narva Trans, Estoniya).
Gedənlər: Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitro Klots
Müqavilə müddəti uzadılanlar: yoxdur.

Sabah

Gələnlər: Arsen Ağcabəyov (Səbail, icarədən qayıdıb), Bəxtiyar Həsənalızadə (klubsuz), Tiemoko Fofana (İlves, Finlandiya, icarə).
Gedənlər: Yevgeni Koçuk, Abbas Ağazadə, Ozan Can Kökcü (Telstar, Niderland, icarə).
Müqavilə müddəti uzadılanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook