SON XƏBƏR

Postpandemiya dövrüylə bağlı iqtisadçıdan bədbin pronoz və çıxış yolları

May 26
12:58 2020
"İşsizliklə bağlı problemlər yaşanacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, iş adamları məcburən ixtisarlara getməli olacaq:

"190 manat birdəfəlik yardımın verilməsi ilə bağlı  müvəqqəti proqramın qəbul olunması doğru deyildi. Bir çox ölkələrin təcrübəsinə baxanda görürük ki, ən azı bu ilin axırına kimi buna bənzər proqramlar qəbul olunub. İyunun 1-dən bir çox sahələrin açılması gözlənilir. Məsələn, ticarət mərkəzləri və s. Amma orada həm iş, həm də dövriyyənin həcminin əvvəlki qaydada olacağını heç kim proqnozlaşdıra bilmir. Proqnozlar onu göstəririr ki, dövriyyələr və gəlirlər ciddi şəkildə azalacaq. Bu da onu deməyə əsas verir ki, iş adamları məcburən ixtisarlara gedəcək. İşsizliklə bağlı problemlər yaşanacaq. Ona görə də pandemiya ilə əlaqədar əhaliyə yardım paketinin ən azı bu ilin sonuna kimi müxtəlif formalarda qəbul olunması daha doğru olardı. Bunun nəticəsində sosial vəziyyəti zəif olan vətəndaşların ən azı bir müddət bu vəasiti almaq ehtimalı yüksələ bilərdi”.

Ekspert bütün dünyada əhaliyə dəstək paketlərindən danışıldığını deyib:

"Bundan əlavə, ikinci problem var ki, biz də bu məsələdə gecikirik. Bütün dünyada tək pandemiya dövründə köməkdən daha çox dəstək paketlərindən danışılır. Və bu paketlər açıqlanır. Həm biznes, həm də əhali, həm də istehlak səviyyəsini artırmaq üçün müəyyən addımlar atılır. Burada da bizim paralel paketin qəbul olunması gözlənilmir. Hələ ki, iki aylıq dəstəklə kifayətləniblər”.  

Natiq Cəfəli yeni bir paketin qəbul olunmasına ehtiyac olduğunu vurğulayıb:

"İyun ayından sonra Azərbaycan xalqı necə yaşayacaq? Biznes necə olacaq? Hansı biznesin hansı problemi olacaq? Biznesə, kiçik və orta sahibkarlığa dəstək üçün hansı addımlar atılacaq? İnsanların əvvəlki vərdişlərinə dönməsi nə vaxta kimi davam edəcək? Bu istehlakın səviyyəsini hansı hala salacaq? Çox ciddi problemlər var. Bu problemlərlə bağlı ayrıca bir paketin qəbul olunmasına ehtiyac var. O cümlədən də əhalinin sosial təminatı ilə balı yeni paket qəbul olunmalıdır. Bu paketin tərkibində həm də aztəminatlı vətəndaşların müavinətlərinin ən azı bu ilin sonun kimi uzadılmasına ehtiyac var”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook