SON XƏBƏR

Pompeo Türkiyə ilə müharibəyə hazırıq dedi, türk səfir inanmadı

Oktyabr 22
15:42 2019
Türkiyənin Özbəkistandakı səfiri Məhmət Sürəyya Ər ABŞ-ın dövlət katibi Mayk Pompeonun "Vaşinqton Türkiyə ilə müharibəyə hazırdır” açıqlamasına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, diplomat belə yüksək səviyyəli məmurun belə "məsuliyyətsiz bir bəyanat" verə biləcəyinə inanmadığını deyib. O, əlavə edib ki, inamaq üçün Türkiyəyə bu bəyanatın yazılı şəkildə təsdiqi lazımdır.

Səfir deyib: "Düşünürəm ki, burada adi bir insan amili var. Adi tərcümə səhvidir".

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo lazım gələrsə, ölkənin silahlı qüvvələrinin Türkiyəyə qarşı hərəkətə keçməyə hazır olduğunu söyləyib. Ancaq bundan əvvəl Vaşinqton müharibədən çox sülhə üstünlük verdiyini bəyan edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook