SON XƏBƏR

Pompeo: "Şimali Koreya nüvəsizləşdirməyə hazır olduğunu bizə təsdiqləyib"

İyun 08
11:50 2018
"Şimali Koreya ABŞ tərəfinə Koreya yarımadasının nüvəsizləşdirmə prosesinə hazır olduğunu təsdiqləyib”.
 
APA-nın "Voice of America” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib.
 
O qeyd edib ki, Vaşinqton və Pxenyan planlaşdırılmış danışıqlara çox ciddi yanaşır.
 
Onun sözlərinə görə, Koreya yarımadasının nüvəsizləşdirilməsi iyunun 12-də Sinqapurda baş tutacaq Tramp-Kim Çen In sammitinin nəticəsi ola bilər.
 
O, həmçinin qeyd edib ki, əgər diplomatik proses yolunda getməsə, Şimali Koreya ilə münasibətdə sanksiyalar daha sərtləşəcək.
 
O əlavə edib ki, nüvəsizləşdirmə Şimali Koreya qarşısında yeni imkanlar yaradacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook