SON XƏBƏR

Polşanın XİN rəhbəri Xorvatiyanı Azərbaycan yanacağından istifadə etməyə çağırıb

Noyabr 18
13:07 2017
Polşa hakimiyyəti bildirib ki, Avropa ölkələrini Rusiya təbii qazından imtina etməyə razı salmağa çalışır.
 
Bu barədə "Polşa radiosu" məlumat yayıb. Ölkənin xarici işlər naziri Vitold Vaşikovskinin sözlərinə görə, rəsmi Varşava Xorvatiyaya Azərbaycan yanacağından istifadə etməyi təklif edib. O, qeyd edib ki, ölkə 2022-ci ilə Rusiyayla müqaviləni başa çatdırmağa planlaşdırır.
 
"Biz başqa dövlətləri təşviq edirik. Məsələn, Xorvatiyanı ki, o da həmçinin Avropanın hissəsini təmin etmək üçün Adriatikdə qaz terminalı tiksin", - deyə Polşanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
 
Vaşikovski xatırladıb ki, Polşa artıq qazın çatdırılması ilə bağlı Birləşmiş Ştatlarla əməkdaşlığa başlayıb.
 
(Report)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook