SON XƏBƏR

Polşada xalqın etirazı nəticə verdi: prezident veto qoydu

İyul 24
13:56 2017
Polşa prezidenti Andzey Duda Ali Məhkəmənin hakimlərini hökümət namizədləri ilə əvəzləmək barədə qanuna veto qoyub.
 
"BBC" xəbər verir ki, bir müddət idi Polşada bu qanuna etiraz edirdilər. İqtidardakı partiyanın hazırladığı qanun layihəsinin prezident tərəfindən təsdiqinə ehtiyac var idi. 
 
Ölkənin bir çox yerlərində təşkil edilən aksiyalarda məhkəmə sisteminə müdaxilə tənqid edilir, ədalət, demokratiya tələb edilirdi. 
 
Avropa İttifaqı isə hökümətin məhkəmə sisteminə müdaxilə cəhdlərini tənqid edirdi.
 
Qanuna veto qoyacağını deyən ölkə prezidenti Duda bildirib ki, bu qanunun ədalət sistemini və anlayışını gücləndirəcəyini fikirləşmir.
 
(Qaynar)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook