SON XƏBƏR

Politoloq: "Görüntülər yayılmasa da, Ədoğanın əlindədir"

Oktyabr 16
09:30 2018
Qaşıqçı olayından sonra Səudiyyənin Rusiya və Çinlə yaxınlaşacağına inanmıram.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Qaşıqçı olayı ilə böyük səhvə yol verən Səudiyyənin manevr imkanlarının getdikcə daraldığını bildirib:

"Ər-Riyadın Avropa dövlətləri və ABŞ-la müttəfiqlik münasibətlərini pozub, Çin və Rusiyanın tərəfinə keçməsi mümkünsüzdür. Çünki Səudiyyənin mövcud rejimi ABŞ-ın dəstəyi sayəsində ayaq üstündə durur. Trampın dediyi kimi, əgər ABŞ əlini Səudiyyənin üzərindən çəksə, mövcud hakimiyyət bir həftəyə tamamilə çökə bilər. Hazırda Səudiyyə ilə ABŞ arasında yüzmilyardlarla dollar dəyərində hərbi müqavilə imzalanıb. Bu müqaviləyə görə, ABŞ tərəfindən Səudiyyəyə bir çox müasir və modern silahlılar göndəriləcək. Bu baxımdan da Qaşıqçı olayından sonra Səudiyyənin Rusiya və Çinlə yaxınlaşacağına inanmıram”.

Politoloq hazırda Səudiyyənin vəziyyətinin kritik olduğunu vurğulayıb:

"Səudiyyə artıq bununla neçənci dəfədir ki, insan haqlarını kobud surətdə pozur, xüsusilə də jurnalistlərə qarşı amansız münasibət sərgiləyir. Üstəlik, hadisə baş verənədək Türkiyənin xüsusi xidmət orqanları Səudiyyənin İstanbuldakı Baş Konsulluğunu ciddi nəzarət altına alaraq, olay yerindən audio və video görüntülər əldə edə bilib. Bu görüntülər yayılmasa da, Ədoğanın əlindədir. Bir çox icmalçılar həmin faktları Ərdoğanın əlində Səudiyyəyə qarşı partlamamış bomba kimi qiymətləndirirlər. Əgər Ərdoğan baş vermiş qətlin bütün təfərrüatını açarsa, onda ABŞ və Səudiyyə arasında münasibətlər həddindən artıq gərginləşəcək. Hər halda yaxın zamanlarda hadisənin bütün detalları açıqlanacaq və Səudiyyə Qaşıqçı olayına görə bu və ya digər formada cavab verməli olacaq”.

Qeyd edək ki, səudiyyəli müxalif yazar, "Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olub və yoxa çıxıb. Qaşıqçının Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyü iddia edilir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook