Politoloq: "Gərginlik onunla bağlıdır ki, Paşinyan Qarabağa öz adamını rəhbər qoymaq istəyir...”
İyun 10
10:33
2019
Yerevanla Xankəndi arasında gərgin münasibətlər Qarabağda qarşıdakı "prezident seçkiləri” ilə əlaqəlidir.
Virtualaz.org xəbər verir ki, belə mövqe ilə erməni politoloq Yervand Bozoyan "Sputnik Armenia” agentliyinə açıqlamasında çıxış edib.
"Təbii ki, Paşinyan hakimiyyətə gələndən sonra güclənməyə çalışır. Seçkilərdən sonra o, parlamentdə çoxluğu əldə etdi. İndi isə məhkəmə hakimiyyəti üzərində nəzarəti ələ keçirməyə çalışır”-Bozoyan deyib.
Bozoyanın fikrincə Dağlıq Qarabağdakı rejimlə Ermənistan hakimiyyəti arasında gərgin münasibətlərin nəyə aparıb çıxaracağını təxmin etmək çətindir. Çünki Qarabağda bir-biri ilə mübarizə aparan siyasi qüvvələr Paşinyanla "üzvi bağlara” malik deyil.
"Birbaşa tərəfdaşı olmayan Paşinyan Arutyunyan üçün meydanı təmizləməyə çalışır, onun potensial rəqiblərini hədəfə götürür”-Bozoyan qeyd edib.