SON XƏBƏR

Politoloq: “Fürsət düşən kimi ermənilər Rusiyanı Qərbə satacaq”

İyul 03
09:37 2020
"Ermənistan bütün sahələrdə anti-Rusiya siyasətini davam etdirir. Rusiyanın əsas ruporu olan televiziya kanallarının bu ölkədə analoq yayımı dayandırılır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə parlamentdə yeni qanun qəbul ediləcək:

"Qanundan sonra Rusiya televiziya kanallarının yayımı icazə ilə reallaşacaq. Artıq Rusiya səfiri yeni qərara öz etirazını bildirib. Deyilənə görə, baş nazir Nikol Paşinyanın vəzifə müddəti uzanarsa, o, Rusiya hərbi bazasının çıxarılmasına çalışacaq. Bununla bağlı Paşinyanın ətrafı bir neçə dəfə məsələ qaldırıb. Onlar birbaşa Paşinyanın göstərişini gözləyirlər. Göründüyü kimi işğalçı ölkədə Rusiyaya qarşı siyasət güclənir. Moskvanın "Çiçəklənən Ermənistan” partiyasına və onun sədri Q.Çarukyana dəstəyi baş naziri Moskvaya daha radikal addımlar atmağa sövq edib”.

Siyasi şərhçi qeyd edib ki, Moskva daim informasiya siyasətinə və əsas bazası olan televiziya kanallarının yayımına xüsusi həssaslıqla yanaşıb:

"Rusiyanın forpostu artıq Moskvanın siyasətini bloklayır. Kreml fərqində olmalıdır ki, ermənilər fürsət düşən kimi Rusiyanı Qərbə satacaq. Təəssüf ki, Moskva hələ də bu reallığı görməzdən gəlir və problemi Paşinyanda görür. Baş nazir Ermənistanda rusafobiya siyasətini uğurla davam etdirir və ölkəsinə gələn rus emissarlarını qəbul etmir.

Bununla yanaşı, "inqilabçı” baş nazir konstitusiyada dəyişikliklər edirək öz hakmiyyətini möhkəmləndirir. "Qarabağ klanı”nın üzvülərini neytrallaşdırır. Robert Koçaryan və Serj Sarkisyan tandeminin yenidən dirçəlməsinə imkan vermir. Paşinyan ölkəsində avtoritar rejim qurmaqla, hakmiyyəti əlində cəmləşdirməklə, vəd etdiyi demokratik islahatların üstündən xətt çəkmiş oldu. Qərb Paşinyanın siyasətinə ona görə etiraz etmir ki, təməlində anti-Rusiya siyasəti dayanır”.

Politoloq vurğulayıb ki, Paşinyan hakimiyyətdə qalıb Rusiyanın təsirini azalda bilərsə, Azərbaycan üçün yeni imkanlar yarana bilər:

"Qarabağ münaqişəsi bir neçə aydan sonra Rusiyanın əleyhinə işləyəcək. Çünki müdafiə etdiyi və işğalçı siyasətinə dəstək verdiyi Ermənistanda anti-Rusiya isterikası dövlət siyasətinə çevrilib. Ermənistanda Rusiyanın dayaqları laxladılsa, bu ölkənin Qarabağ münaqişəsinin nizamlanmasında təsiri azalacaq. Ən əsası isə Azərbaycan meydanda Ermənistanla qarşı-qarşıya dayacanacaq.

Əlbəttə, Rusiya da boş dayanmayıb, amma Moskvanın Ermənistanda fəaliyyəti bundan sonra uğurlu olmayacaq. Rəsmi Bakı öz ordusunu hazır vəziyyətdə saxlamalı və bütün ssenarilərə hazır olmalıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook