SON XƏBƏR

Polis və DSX əməkdaşlarından birgə əməliyyat –Zaqatalada 9 ton narkotik bitki məhv edildi

İyul 16
11:25 2019
Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib

DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook