SON XƏBƏR

Polis polkovniki Əbdül Zərgərlinin xidməti avtomobili qəzaya düşüb

Aprel 24
10:32 2017
Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.
 
"Report”un xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
 
Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin "Hundai” markalı xidməti avtomobili "Mercedes” markalı maşınla toqquşub.
 
Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.
 
Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.
 
Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook