SON XƏBƏR

Polis müstəntiqi Azərbaycandan qaçdı - Rəsmi

May 16
10:05 2017
Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevin polis sıralarından xaric edildiyini təsdiqləyib.
 
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Lent.az-a açıqlamasında Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən
Qarayevin üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşdığı üçün xidmətdən kənarlaşdırıldığını bildirib.
 
"Həmin əməkdaş vəzifəsinə məsuliyyətsiz yanaşaraq qəbahətlərə və prosessual pozuntulara yol verib. Bu səbəbdən də barəsində dəfələrlə intizam tədbirləri görülüb. Lakin həmin intizam tədbirlərindən də nəticə çıxarmadığı üçün Daxili İşlər Nazirliyinin sıralarından xaric edilib”, - İ.Babayev deyib.
 
E.Qarayev barəsində qərar təxminən 1 həftə əvvəl verilib.
 
Qeyd edək ki, Gununsesi.info E.Qarayev xidməti yerini özbaşına tərk edərək İsveçrəyə yollandığını və bu ölkədən siyasi sığınacaq istədiyini yazıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook