SON XƏBƏR

Polis əməkdaşlarından ibarət quldur dəstə zərərsizləşdirilib - Ukraynada

İyun 09
17:12 2017
Ukraynanın Zaparoje şəhərində xüsusi xidmət orqanları və prokurorluğun birgə keçirdiyi əməliyyat nəticəsində quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
 
Ukraynanın Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin verdiyi məlumata görə, 6 nəfərlik dəstə üzvlərinin tərkibində hazırda polis orqanlarında çalışan və sabiq polis işçiləri də var.
 
Həmin dəstə yerli sakinləri silahla qorxudaraq külli miqdarda pul əldə edirlərmiş.
 
Məlumatda qeyd olunur ki, xüsusi xidmət orqanları quldur dəstəni Zaparoje şəhər sakininə qarşı soyğunçuluq etmək istəyərkən zərərsizləşdirib.
 
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook