SON XƏBƏR

Polad Həşimov müsabiqəsinin qalibi bəlli oldu

Avqust 24
09:42 2020
"Müstəqil.Az” və "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə general Polad Həşimovun unudulmaz xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinə 23 avqust 2020-ci il tarixdə yekun vurulmuşdur.

Bu barədə Qaynarinfo-ya layihə rəhbəri Faiq Balabəyli məlumat verib:

Layihə rəhbəri olaraq müsabiqədə iştirak edənlərin hər birinə öz minnətdarlığımızı bildirir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Diqqətinizə çatdırırıq ki, münsiflər heyətinin yekdil qərarına əsasən:

1-ci yerə hərbi mövzularda qələmə aldığı yazıları ilə oxucuların diqqətini çəkən, Azərbaycan Respublikasının əməkdar jurnalisti, ehtiyatda olan polkovnik-leytenant İbrahim İBADOĞLU RÜSTƏMLİ

2-ci yerə "Yazı” jurnalının baş redaktoru, yazıçı Azad QARADƏRƏLİ

3-cü yerə Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Aysel XANLARQIZI SƏFƏRLİ və Abşeron rayonu Saray qəsəbəsi A.Müzəffərov adına 2 N-li tam orta məktəbin dil-ədəbiyyat müəllimi Nigar İLHAMQIZI layiq görülmüşlər.

"Müstəqil.Az” və "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin rəhbərliyi qalibləri ürəkdən təbrik edir, general Polad Həşimovun unudulmaz xatirəsinə hörmət və ehtiramla yanaşdıqlarına görə hər bir müsabiqə iştirakçısına öz dərin minnətdarlığını bildirir.

Qeyd edək ki, qaliblərə Diplom və mükafatlar yaxın günlərdə təqdim olunacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook