SON XƏBƏR

Pit Seşnz: “Azərbaycan terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqidir”

İyun 22
10:18 2018
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupun üzvü nüfuzlu respublikaçı Pit Seşnz Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda 28 mayda bünövrəsi qoyulmuş Azərbaycan Xaql Cümhuriyyətinin müsəlman aləmində ilk dünyəvi parlamentli respublika olduğu vurğulanıb.

Sovet İttifaqının çökməsinin ardınca ABŞ-ın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurduğu qeyd olunub. Həmçinin müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində Azərbaycanın ABŞ-ın etibarlı dostuna çevrildiyi bildirilib. 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğu, Əfqanıstan, Balkanlar və İraqdakı əməliyyatlarda ABŞ-la birgə iştirak etdiyi vurğulanıb.

Bəyanatda eyni zamanda, İsraillə güclü iqtisadi, hərbi və strateji əlaqələrə malik Azərbaycanın onun regionda ən yaxşı müttəfiqlərindən biri olduğu qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.

Sonda Konqres üzvü bir daha Azərbaycanı bayram münasibətilə təbrik edərək ABŞ və Azərbaycan arasındakı güclü əlaqələrin uzun illər davam edəcəyinə ümidini ifadə edib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook