SON XƏBƏR

Pirallahı qəsəbəsində yeni “Yaşıl park” salınır

Aprel 18
19:45 2017
Pirallahı qəsəbəsi, 40-cı məhəllədə ümumi sahəsi 1 hektaradək olan ərazidə yeni "Yaşıl park” salınır.
 
Rayon icra hakimiyyətinin məlumatına görə, parkın ərazisində landşaft kompozisiyaları düzəldilib, yeni həmişəyaşıl və dekorativ ağaclar əkilib.
 
Layihəyə uyğun olaraq parkda gecə işıq dirəkləri, söhbətgahlar və uşaq oyun meydançaları quraşdırılıb. Həmçinin ərazidə metal konstruksiyadan kafe və ticarət mərkəzinin inşası aparılır.
 
Bundan başqa, qəsəbə ərazisində "Yaşıl bazar”ın tikintisi, eləcə də, S.Vurğun, K.Rzayev, İ.Fioletov küçələrində, mərkəzi yol kənarında qeyri-yaşayış obyektlərinin inşası davam etdirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook