SON XƏBƏR

Petro Poroşenko: "Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm"

Aprel 12
11:03 2018
Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib.
 
"Report" xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter" rəsmi səhifəsində bildirilib.
 
Təbrik müraciətində deyilir: "Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm.
 
Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook