SON XƏBƏR

Peterburqda kanalizasiya qapaqlarını oğurlayan azərbaycanlı saxlanıldı

Noyabr 26
15:11 2018
Azərbaycan vətəndaşı sevgilisi ilə birlikdə Sankt-Peterburqda kanalizasiya qapaqlarını oğurladığı üçün saxlanılıb.

Bununla bağlı "Sankt-Peterburq Vodokanal” müəssisəsi məlumat yayıb.

Müəssisə əməkdaşları Dmitriyev küçəsində kanalizasiya qapaqlarının yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Polislər müəyyən ediblər ki, 31 yaşlı azərbaycanlı və sevgilisi qapaqları oğurlayaraq, metal qəbulu sexinə veriblər.

Bildirilir ki, altı gün ərzində cütlük 20 kanalizasiya qapağı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.
 
(Oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook