SON XƏBƏR

Peşə təhsili müəssisələrinə təhsil sahəsində yeni hüquqlar verilib

Mart 01
11:09 2019
Peşə təhsili müəssisələri tam orta və əlavə təhsil proqramlarını həyata keçirəcək.
 
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

Sənədə əsasən, peşə təhsili müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq müvafiq səviyyələr üzrə peşə təhsili, habelə tam orta və əlavə təhsil proqramlarını həyata keçirən publik hüquqi şəxsdir.

Nizamnaməyə əsasən, növündən asılı olaraq, peşə təhsili müəssisəsinin fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:

– peşə məktəbləri üçün ilk və texniki peşə təhsili səviyyələrində nəzəri, metodiki və praktiki hazırlığın təşkili, habelə əlavə təhsil proqramlarının həyata keçirilməsi;

– peşə liseyləri üçün ilk və texniki peşə təhsili səviyyələrində nəzəri, metodiki və praktiki hazırlığın təşkili, habelə tam orta təhsil səviyyəsində təhsilin və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

– peşə təhsili mərkəzləri üçün ilk, texniki və yüksək texniki peşə təhsili səviyyələrində nəzəri, metodiki və praktiki hazırlığın təşkili, habelə tam orta təhsil səviyyəsində təhsilin və əlavə təhsil proqramlarının həyata keçirilməsi.

Nazirlər Kabineti yeni Nümunəvi Nizamnamənin təsdiqlənməsi ilə əlaqədar 2013-cü il 29 dekabr tarixli qərarı ilə təsdiqlənən "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni ləğv edib. Həmin Nizamnaməyə əsasən, peşə-ixtisas təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edirdi.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook