SON XƏBƏR

Peru qəzeti Novruz bayramı ilə bağlı məqalə yayıb

Mart 27
10:22 2017
Perunun nüfuzlu mətbu orqanlarından olan "El Peruano” qəzetində Azərbaycanın Meksikadakı səfirliyinin Lima ofisinin rəhbəri Mehdi Məmmədovun Novruz bayramına həsr olunmuş məqaləsi dərc edilib.
 
Məqalədə Azərbaycanın qədim adət-ənənələrinin təcəssümü olan Novruz bayramının mahiyyətindən, bayram ənənəsinin nəsildən-nəsilə zəngin mədəni irs kimi ötürülməsindən, onun sülh və həmrəylik rəmzi olmasından bəhs olunur. Azərbaycan folklorundan, milli mətbəxindən və digər adət-ənənələrindən söz açılır.
 
Yazıda, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində xüsusi rolu vurğulanır.
 
AzərTAC



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook