SON XƏBƏR

Pentaqonun 2019-cu il Suriya planı

Aprel 17
10:34 2018
Pentaqonun 2019-cu ilmüdafiə büdcəsində Suriya ilə əlaqədar ciddi müddəalar öz əksini tapıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon ABŞ hökümətindən Suriyada PKK-PYD terror təşkilatının da daxil olduğu 60-65 min nəfərlik qrupa veriləcək silahlar və avadanlıq üçün vəsait tələb edib. 

Bu ilin fevralında Suriyada 2019-cu ildə İŞİD əleyhinə mübarizə aparan qruplar üçün 300 milyon dollar tələb edilmişdi. 

Bildirilir ki, 30 min nəfər Mərkəzi Fırat vadisində yerləşəcək, 35 min nəfər isə İŞİD-dən alınan ərazilərdə təhlükəsizliyi təmin edəcək. 162,6 milyon dollar silah-sursat, 28 milyon dollar nəqliyyat və yerləşmə ehtiyacları, 101,5 milyon dollar isə əməliyyatlar üçün ayrılıb. Bunlardan əlavə, nəqliyyat vasitələri, naviqasiya, partlayıcı maddələr, insansız təyyarələr və s. üçün də böyük məbləğdə pul nəzərdə tutulacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook