SON XƏBƏR

Pentaqondan sensasion hesabat: ABŞ və Avropada “ərəb baharı”na oxşar üsyanlar ola bilər

İyul 25
13:59 2017
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən hazırlanan bir hesabatda Qərbdə də "ərəb baharı”na bənzər üsyanların yaşana biləcəyi ehtimal edilib.
 
Avropa.info xəbər verir ki, ABŞ Hərbi Məktəbi Strateji Araşdırmalar İnstitutunun ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və orduya bağlı kilid qurumlarla müzakirə edərək hazırladığı hesabatda ABŞ hegemoniyasının sürətlə dağıldığı xəbərdarlığı edilib.
 
Hesabatda diqqət çəkən digər bir önəmli məsələ isə Qərbdə də "ərəb baharı”na bənzər bir üsyanın yaşana bilmə ehtimalından söz edilməsidir.
 
"”Ərəb baharı”na bənzər olayların Avropa və ABŞ-da da baş vermə ehtimalı güclənib. ABŞ və Avropada liderlik çatışmazlığı hiss edilir və aşırı sağ- irqçi hərəkətlər artıb. Lidersizlik, qeyri-sabitlik, ümumiyyətlə ənənəvi hakimiyyət strukturlarının erroziyaya uğraması prosesi sürətləndirir”, – deyə hesabatda qeyd olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook