SON XƏBƏR

Pentaqon UNO proqramına 20 milyon dollar xərcləyib –ABŞ “uçan boşqablar”a nə üçün pul ayırıb?

Dekabr 18
00:18 2017
ABŞ Müdafiə Nazirliyi Uçan naməlum obyektlərin (UNO) tədqiqatı proqramına milyonlarla pul xərcləyib.

Həmin proqram çərçivəsində Pentaqon havada asılıb qalan və ya qeyri-adi dərəcədə yüksək sürətlə uçan obyektlərin görüntülərini və videoyazısını toplayıb.

Bu barədə ABŞ mediası xəbər verib. "Aerokosmik təhlükələrin tanınması proqramı" adlı layihəyə 2007-ci ildə start verilmişdi və 2012-ci ildə bağlanmışdı. Bu layihənin təşəbbüskarı o dövrdə ABŞ Senatında Demokratlar partiyası çoxluğunun lideri Harri Reid olub.

Bu proqrama Pentaqon 20 milyon dollardan çox xərc qoyub. Büdcə vəsaitlərininə qənaət məqsədi ilə proqram artıq bağlanıb. ABŞ Konqresinin keçmiş əməkdaşlarından biri "Politico” nəşrinə bildirib ki, bu proqramdan ABŞ ilə rəqabət aparan ölkələrin texnologiya sahəsində fəaliyyətinin izlənilməsi üçün də istifadə oluna bilərdi.

"Ola bilərdi ki, hərəkət edən hansısa bir naməlum obyekt Çinə və ya Rusiyaya məxsus olsun", – həmin mənbə qeyd edib.

Bu il ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məxfilik müddəti çıxmış sənədlərdən milyonlarla səhifəni dərc edib. Həmin dərc olunmuş materiallarda UNO-lara aid qeyd və raportlara da rast gəlinir. (BBC)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook