SON XƏBƏR

Pentaqon Rusiyanın Suriyada əməkdaşlıq təklifinə cavab verdi

Fevral 22
01:37 2017
ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Suriyanın Rakka şəhərində İŞİD terrorçularına qarşı birgə vuruşmaq təklifini cavablandırıb.

Virtualaz.org "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Devis bununla bağlı deyib: "Biz Rusiya ilə birlikdə münaqişəli vəziyyətlərin aradan qaldırılması üzrə normal əməkdaşlıq edirik. Danışıb əmin ola bilərik ki, hava əməliyyatlarımız bir-birinə mane olmur. Hələlik daha geniş əməkdaşlığa can atmırıq”.

Bundan öncə Sergey Şoyqu iki ölkəyə terrorçuluqla mübarizədə səylərini birləşdirməyə heç nəyin mane olmadığını bildirmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook