SON XƏBƏR

Pentaqon: Rusiya ABŞ-ın Suriyadakı mövqelərinə təhlükə yaratmır

İyun 21
07:00 2017
Rusiya Suriyada ABŞ-a təhlükə və ya narahatlıq yarada biləcək əməliyyatlar keçirmir. APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqondan bildirilib.

"Səmərəli addımlar atmaq üçün biz fəaliyyətimizi və addımlarımızı korrektə etməkdə davam edirik”, - deyə qurumdan bildirilib. 

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Rəqqanın cənubunda Suriya ordusuna məxsus qırıcı təyyarəni vurublar. Koalisiyanın qərargahı Suriya qırıcısının ABŞ təyyarəsi tərəfindən vurulduğunu etiraf edib. 

Bundan sonra Rusiya Müdafiə Nazirliyi Suriyaya dair ikitərəfli memorandum çərçivəsində Pentaqonla əməkdaşlığı dayandırdığını bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook