SON XƏBƏR

Pentaqon: "NATO standartlarında raket əleyhinə sistemlər Türkiyənin ehtiyaclarına daha yaxşı cavab verir”

Dekabr 30
14:33 2017
NATO standartlarına uyğun raket əleyhinə müdafiə sistemləri Türkiyənin ehtiyaclarına daha yaxşı cavab verir
 
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi bildirib.
 
"NATO standartlarına uyğun raket əleyhinə müdafiə sistemləri Türkiyəni təhdidlərdən qoruyan ən yaxşı seçimdir. Türkiyə daha geniş və uzunmüddətli ehtiyacları üçün NATO ölkələrinin, o cümlədən ABŞ-ın "Patriot” raket əleyhinə sistemlərindən istifadə etməkdə davam edir”, deyə Pentaqon nümayəndəsi vurğulayıb.
 
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, rəsmi Ankaranın NATO-dakı müttəfiqlərindən deyil, Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur. Bu müstəqil bir qərardır. Lakin problem "S-400" sisteminin operativ uyğunlaşdırılmasındadır. NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz. Bunu təmin etmək sadəcə mümkün deyil”, deyə C.Mettis qeyd edib.
 
Qeyd edək ki, ötən gün Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook