SON XƏBƏR

Pentaqon: "ABŞ-ın Suriyada apardığı əməliyyatların müddəti uzana bilər"

Mart 06
10:29 2018
ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.
 
"Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi İŞİD-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”, deyə Pentaqon rəsmisi vurğulayıb.
 
Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook