SON XƏBƏR

Pensiyalar vaxtından tez veriləcək

Mart 16
17:01 2017
Novruz bayramı ilə bağlı pensiyalar vaxtından tez veriləcək.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb. "Dövlət Sosial Müdafiə Fondu pensiyaların maliyyələşdirilməsinin bayrama qədər tam yekunlaşdırılmasını təmin edib. Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib”, -E.Babayev əlavə edib.

Qeyd edək ki, hazırda 1 milyon 315 min 229 nəfər əmək pensiyası alır. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook