SON XƏBƏR

Penitensiar Xidmətdə "zəlzələ" - "Müalicə" alan milyoner dustaqlar xəstəxanadan çıxarıldılar

Noyabr 22
22:00 2017
Ötən ay iki dustağın Penitensiar Xidmətin nəzarəti altında olan qatardan qaçmasından sonra bu qurumun neqativ fəaliyyəti ciddi müzakirə olunmaqdadır. Ölkə mediasının, ictimaiyyət nümayəndələrinin haqlı narazılığına səbəb olan bu olaya artıq yüksək vəzifəli şəxslər də reaksiya verməkdədir.
 
Penitensiar Xidmətin fəaliyyətindəki qüsurlara Ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində münasibət bildirib. 
 
Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu təəssüflə vurğulayan nazir əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlərin müəyyən ediləcəyini, ciddi nizam-intizamın formalaşdırılacağını qeyd edib. 
 
Qlobal.az-ın əldə etdiyi məlumatda Fikrət Məmmədovun bu məqaləsi Penitensiar Xidmətdə "zəlzələ" effekti oyadıb. Belə ki, Penitensiar Xidmətin xəstəxanasında "müalicə" olunan milyoner dustaqlar təcili çıxarılaraq həbsxanalara göndəriliblər. Məlumata görə Penitensiar Xidmətin xəstəxanasında uzun müddətdir ki, "müalicə" alan iş adamı İlham Qasımov və Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun da komfortlu otağı ilə vidalaşdığı deyilir.
 
Xatırladaq ki, bir müddət öncə ölkə mediasında iş adamının hər cür şəraiti olan otaqda qalması üçün ayda 3500 manat ödədiyi deyilirdi. Həmçinin o da bildirilirdi ki, İlham Qasımovun "krallar yaşadığı” kovuşunda televizor, müasir hamam, çarpayı, mətbəx, soyuducu və bütün lazımı olan avdanlıqlar mövcuddur. Bundan əlavə iş adamının təcridxanada telefon işlətdiyi və Bakıdakı tikinti biznesini buradan idarə etdiyi vurğulanırdı. 
 
Qeyd edək ki, İlham Qasımov Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 illik həbs cəzası alıb.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook