SON XƏBƏR

Pedaqoji Universitetin Ağcabədi filialında Heydər Əliyevə hörmətsizlik (FOTO)

Sentyabr 02
02:18 2017
Azərbaycan Pedaqoji Universitetin Ağcabədi filialının drektoru açıq şəkildə ümummilli lider Heydər Əliyevin şəkillərinə hörmətsizlik nümayiş etdirir.
 
Guşədəki şəkillər elə günə düşüb ki, hətta yaxından və diqqətlə belə baxdıqda şəkillərin kimə aid olmasını ayırd etməkdə adam çətinlik çəkir.
 
Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən qaununsuzluqlar ölçüyə gəlməz hala çatıb. Ölkə mediasında bu qanunsuzluqlarla bağlı yazılar geniş yer alsa da, Təhsil nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən biyabırçılıq və özbaşınalıqlarla bağlı müvafiq tədbirlər görmür.
 
Filial direktorunun özbaşınalıqları yerli sakinlər tərəfindən də ciddi narazılığa səbəb olur. Filial rəhbəri vəziyyəti o həddə çatdırıb ki, filal işçiləri belə onu rəhbər kimi saymır. Çünki filal drektoru Mətanət xanım son zamanlar rüşvətə başı qarışdığından işçiləri ilə belə doğru-düzgün məşğul olmur. Filialı açıq rüşvət yuvasına çevirən Mətanət xanımın rəhbərlik etdiyi təhsil ocağının işçiləri ilə ciddi problemləri var.
 
Adının çəkilməyinı istəməyən filial işçilərindən birinin obyektiv.org-a verdiyi məlumata görə filialın direktoru müsavatçıdı və elə bu üzdən də ümummilli lider Heydər Əliyevə qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirir. Bunu bariz nümunəsi isə ümummilli liderin universitetin girişində yaradılmış Heydər Əliyev guşəsində asılmış şəkillərin çox keyfiyyətsiz formada olmasıdır. Aşağıda sizlərə təqdim edəcəyimiz fotolardan da görünür ki, faktiki olaraq filialın direktoru bütün Azərbaycan xalqının qəlbində yer tutan ümummilli liderə olan hörmətsizliyini açıq şəkildə nümüyiş etdirir və bundan çəkinmir. Guşədəki şəkillər elə günə düşüb ki hətta yaxından və diqqətlə belə baxdıqda şəkillərin kimə aid olması ayırd etməkdə adam çətinlik çəkir.
 
Həmin fotoları təqdim edirik.
 
(Mənbə:Obyektiv.org)
 
Qlobal.az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook