SON XƏBƏR

Paytaxtın iqtisadi və sosial sahələrinin inkişafına 9 milyard manatdan çox vəsait yönəldilib

Oktyabr 02
14:17 2017
2017-ci ilin yanvar-avqust aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 109,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ümumi sərmayənin 30,8 faizi dövlət, 69,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook