SON XƏBƏR

Paytaxtda yaşayış binasında yanğın - ölən var

Aprel 24
09:56 2017
Paytaxtda yanğın olub, ölən var.
 
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.
 
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook