SON XƏBƏR

Paşinyanın babasının faşistlərə xidmət etməsi faktı... - Siyasi şərhçi

May 18
15:41 2020
"Paşinyan Azərbaycanın siyasi hücumlarını dəf etməyi düşünürdü”.

Bunu Qaynarinfo-ya açıqlamasında Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadə haqqında işlətdiyi sərsəm fikirləri şərh edərkən deyib. 

Onun fikrincə, Paşinyan prosesi neytallaşdırmaq istəyib:
 
"Biz uzun müddətdir ki, Ermənistanda faşizmin qəhrəmanlaşdırıldığını deyirdik. Qaregin Njdenin heykəl qoyulması Ermənistanın faşizmə dəstəyini ifadə edirdi. Bundan əlavə Paşinyanın babasının faşistlərə xidmət etməsi məlumatının da yayılması və s. Bütün bunlardan sonra Paşinyan özlüyündə düşündü ki, bu ittihamlara qarşı Rəsulzadənin heykəlini göstərib desə ki, o da Hitlerlə əməkdaşlıq edib, bununla prosesi neytrallaşdıracaq. Amma əks effekt verdi. Hamı bilir ki, Rəsulzadə heç zaman Hitlerlə görüşməyib, alman faşistləri ilə əməkdaşlıq etməyib. Təmas olub, amma əməkdaşlıq etməyib”.

Elxan Şahinoğlu bildirib ki, Paşinyanın bu ittihamları yersizdir:

"Və inanmıram ki, Paşinyanın bu ittihamları Ermənistanda ciddi qəbul edilə”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook