SON XƏBƏR

Paşinyan Tsarukyanla memorandum imzaladı - Seçkilərə görə

Oktyabr 09
10:58 2018
Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.

Virtualaz.org-un məlumatına görə, baş nazir bu barədə öz "Facebook" səhifəsində yazıb.

"Yenicə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanla 2018-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə memorandum imzaladım", - deyə o yazıb.

Memoranduma görə, Qaqik Tsarukyanın partiyası üzərinə Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyini,  eləcə də başqa namizədi dəstəkləməyəcəyini öhdəsinə götürür. Mətndə həmçinin qeyd edilir ki, "Tsarukyan" fraksiyası parlamentdə başqa partiyadan namizədin irəli sürülməsi üzrə təşəbbüslərə qatılmayacaq.

Bundan başqa, Nikol Paşinyan "Daşnaksutyun" Partiyası Ali Şurasının üzvü Arsen Ambartsumyanla da görüşüb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook