SON XƏBƏR

“Paşinyan Qarabağdakı ziyafətdə virus daşıyıcısı idi” - Erməni siyasətçi

İyun 02
11:17 2020
"Paşinyan Dağlıq Qarabağdakı ziyafətdə artıq virus daşıyıcısı idi və çox güman ki, bütün tədbir iştirakçıların, o cümlədən yüksək rütbəli hərbçiləri yoluxdura bilib".

Azvision.az xəbər verir ki, bunu "Vahid Ermənistan" partiyasının həmtəsisçisi Artur Qazinyan "Facebook" hesabında yazıb.

O qeyd edib ki, ictimaiyyətin böyük əksəriyyətinin bu barədə dərin şübhəsini, Paşinyanın özünün yaratdığı vəziyyətin qurbanı olması üçün psixoloji cəhətdən hiyləyə əl atmasının mümkünlüyünü bir kənara qoyub, tamamilə fərqli məqamla maraqlanır.

"Xatırlayırsınızsa, 10 gün əvvəl Dağlıq Qarabağda erməni siyasi "elitası" maskalar, əlcəklər olmadan və sosial məsafəyə qoyulan minimum tələblərə əməl etmədən ziyafətə qatıldılar. Mütəxəssislərin fikrincə, virusun inkubasiya dövrü ən az 14 gün davam edir. Yəni, Paşinyanın ziyafətdə artıq bir virus daşıyıcısı olduğunu iddia etmək olar və o, digər ziyafət iştirakçılarını da yoluxdurmağı yəqin ki, bacarıb. Paşinyanın həmin ziyafətdə yoluxduğu faktı sadəcə danılmazdır.

Əgər Ermənistanın daxili və xarici təhlükəsizliyinin rəsmi qarantı olan şəxs özünün və ailəsinin sağlamlığını, təhlükəsizliyini təmin edə bilmirsə, o zaman vətəndaşlarımız müdafiə olunduqlarına necə əmin ola bilərlər?

Bu, Paşinyanın Ermənistanın tarixində ən qeyri-ciddi, məsuliyyətsiz baş nazir olduğunu söyləməyə əsas verən yeni bir rekordudur. Və Paşinyan bununla "qürur" duya bilər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook