SON XƏBƏR

Paşinyan Putinlə görüşmək niyyətindədir

Sentyabr 03
11:04 2018
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər etmək niyyətindədir.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o özü "facebook"da canlı yayımda bildirib.
 
"Yaxın vaxtlarda mənim Moskvaya səfərim gözlənilir, hansı ki, onun gedişatında Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Bu, bizim üçüncü görüşümüz olacaq", - deyə o bildirib.
 
Ermənistanın baş nazirinin mətbuat katibi Arman Eqoyan isə qeyd edib ki, hökumət başçısının səfəri barədə informasiya səfərdən 1-2 gün əvvəl yayılır. Buna görə də o, görüş barədə xəbəri nə təkzib, nə də təsdiq edə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook