SON XƏBƏR

Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi

Noyabr 27
13:08 2020
Cəbhədə vəziyyətin acınacaqlı olmasından bəhs edən iş adamı Vaan Kerobyan Erməstanda iqtisadiyyat naziri təyin olunub.

"Report” xəbər verir ki, V.Kerobyanın bir neçə gün öncə Qarabağda ikən "Al Jazeera”ya verdiyi açıqlama diqqətdən yayınmayıb.
 
"Vəziyyətlə bağlı müxtəlif tezislər var idi: bizim ordu güclüdür, böyükdür, biz hər şeyi edə bilərik və s. Ancaq ictimaiyyətdə heç kəs gerçək durumu bilmirdi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, - V.Kerobyan söyləyib.

Qeyd edək ki, V.Kerobyan bu vəzifədə noyabrın 24-də istefa verən Tiqran Xaçatryanı əvəzləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook