SON XƏBƏR

Paşinyan niyə tez-tez Qarabağa gəlir?

Dekabr 02
12:28 2019
Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Köçəryanı və Serj Sərkisyanı da üstələyir.

Axar.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, Paşinyanın Dağlıq Qarabağa səfərlərinin səbəbini belə izah edib:

"Sonuncu ikisi qabarağlı olsalar da, heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər. Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda "prezidentliyə namizədlərlə” də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün "namizədlərə” mesajlarını şəxsən çatdırır”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 30-da Qarabağa səfərə gəlib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook