SON XƏBƏR

Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”

May 14
05:35 2019
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib  ki, Brüsseldə Şərq tərəfdaşlığının yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət edib, ancaq hələlik növbəti görüşlər üçün konkret planlar yoxdur.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

"Hələlik heç bir plan yoxdur, amma əminəm ki, danışıqlar prosesi davam edəcək", - deyə o, jurnalistlərin "İlham Əliyevlə yenə görüş olacaqmı” sualını cavablandırarkən vurğulayıb.

O bildirib ki, Azərbaycan Prezidenti ilə qısa təmasda olub və "cari vəziyyəti" müzakirə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook