SON XƏBƏR

Paşinyan Ermənistanın baş naziri seçildi

May 08
14:06 2018
Ermənistan parlamentindəki uzun müzakirələrdən sonra nəhayət, ölkənin yeni baş naziri seçilib.
 
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu posta yeganə namizəd olan müxalifət lideri Nikol Paşinyan əksəriyyətin səsini ala bilib.
 
Bir aya yaxındır işğalçı ölkənin həyatını iflic edən hərəkatın rəhbərinə 59 deputat səs verib, əleyhinə isə 42 nəfər çıxıb. Bununla da N.Paşinyan hökumətə rəhbərlik etməklə bağlı iddiasını rəsmiləşdirib və parlamentin buraxılmasına ehtiyac qalmayıb. Paşinyan "Ermənistana xidmət edirəm"-deyə, səsvermənin nəticəsinə reaksiya verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook