SON XƏBƏR

"Paşa Bank"a qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Fevral 27
11:05 2020
"Paşa Bank” ASC-yə qarşı külli miqdarda dələduzluqda ittiham olunan Məmmədov Akif İlman oğlunun barəsində olan cinayət işinin istintaqı başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, A. Məmmədov "Paşa Bank” ASC-yə qarşı külli miqdarda dələduzluq edib. İş üzrə zərər 50 min manatdan çoxdur.

A. Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook