Parlament seçkilərilə əlaqədar MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb
Yanvar 22
11:30
2020
Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.
"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
"Hesab edirəm ki, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq. İndiyə qədər müqyisə olunmayan bir nəticə əldə olunub. Yəni, bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbbirlərin nəticəsində əldə edilib”.