SON XƏBƏR

Parisdə Azərbaycan Evinin Novruz şənliyi - FOTOLAR

Mart 27
11:42 2017
Fransada fəaliyyət göstərən « Paris Azərbaycan Evi » təşkilatı ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan dili dərsləri şagirdlərinin təqdimatında Novruz şənliyi təşkil edib.
 
Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirə Azərbaycanın Fransadaki səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransada yaşayan gənc həmvətənlərimiz, valideynlər, həmçinin fransiz ailələri iştirak etmişlər.
 
Təşkilatın rəhbəri Mirvari Fətəliyeva tədbiri açaraq qonaqları salamlamış, təşkilartın fəaliyytindən söz açmışdır. O, qeyd etmişdir ki, Paris Azerbaycan Evi ənənvi olaraq, vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara milli adət-ənənələrimizi aşılamaq, milli mənsubiyyətlərini və tariximizi unutdurmamaq məqsədi ilə silsilə bayram şənlikləri və digər tədbirlər təşkil edir, bu tədbirlər gənc nəslin vətənə bağlılığını və milli adət ənənlərimizə olan maraqlarını daha da artırır.
 
Daha sonra təşkilatın sədr müavinləri layihənin bədii rəhbəri Mehri Quliyeva və Jalə Orucova şagirdlərin hazırladığı Novruz şənliyi barədə tamaşaçılara məlumat vermiş və belə layihələrin Fransada böyüyən gənc nəsilin mədəniyyətimizə olan marağı qururverici bir hal olduğunu qeyd etmişlər.
 
Şənlikdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər təqdim olunub. Milli geyimdə olan uşaqlar Novruz bayramına dair şer və mahnılar söyləyib, «Uzundərə», «Naz eləmə», «Nəlbəki» rəqslərini nümayiş etdiriblər. Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıb, yallı sədaları altında halay çəkiblər. Şənliyin sonunda uşaqlar gələn qonaqları müxtəlif milli atributlarla, ləziz şirniyyat nümunələri ilə bəzədilmiş bayram süfrəsinə dəvət ediblər.Tədbir hər bir kəsin böyük marağına səbəb olub.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook