SON XƏBƏR

Pakistanda IŞİD-in 8 səhra komandiri məhv edilib

İyun 05
06:50 2017
Pakistanda IŞİD terror qruplaşmasının 8 səhra komandiri məhv edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Pakistan xüsusi xidmət orqanlarından bildiriblər.

Məlumata əsasən, terrorçulara qarşı əməliyyat Bəlucistan əyalətinin Mastunq şəhəri yaxınlığında keçirilib. Əməliyyat ötən ay Bəlucistan əyalətində iki Çin vətəndaşının oğurlanması ilə əlaqədar baş tutub. Lakin əyalətin paytaxtı Kvettada oğurlanan çinliləri hələ ki, aşkarlamaq mümkün olmayıb.

Qeyd edək ki, ötən ay İŞİD Mastunq şəhərində törədilən və 25 nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook