SON XƏBƏR

Pakistan XİN rəhbəri: “Taliban”la siyasi dialoq İŞİD-lə mübarizədə kömək edəcək”

Dekabr 01
12:22 2017
"Asiyanın qəlbi-İstanbul prosesi" mənalı dialoq üçün səmərəli müstəvidir. Əfqanıstanda sülh və sabitlik region üçün əhəmiyyətlidir".

APA-nın məlumatına görə, bunu Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib. 

Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən nazir qeyd edib ki, Pakistan bu problemin həlli üçün bütün təşəbbüslərə dəstək verəcək: "Əsas məsələ nəzarətsiz ərazilər üzərində nəzarətin gücləndirilməsidir. Bu ərazilərin nəzarətsiz qalması qonşu ölkələrə təhlükə törədir. Terror qrupları region ölkələr üçün ciddi problemdir". 

O bildirib ki, Pakistan həmişə Əfqanıstana dəstək verir: "Əfqanıstandan narkotiklərin qanunsuz daşınması davamlı sülhə mane olan ən mühüm problemdir. "Taliban”la siyasi dialoq İŞİD-lə mübarizədə kömək edəcək".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook