SON XƏBƏR

Oyun vaxtı meydana atılan öküz başına görə 40 min avro cərimə kəsilib

Yanvar 19
10:12 2017
Almaniyanın "Dinamo" (Drezden) futbol klubu 40 min avro cərimələnib. 

"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, buna komanda azarkeşlərinin "Leyptsiq"lə ölkə kubokunun ilkin mərhələsi matçında meydana kəsilmiş öküz başı atmaları səbəb olub.

Almaniyanın idman məhkəməsi əvvəlcə "Dinamo"nun 60 min avro cərimələnməsini tələb edib. Lakin sonradan cəza bir qədər yüngülləşdirilib.

Qeyd edək ki, "Leyptsiq"lə oyun "Dinamo"nun penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb. Lakin növbəti mərhələdə drezdenlilərin qarşısını "Arminiya" kəsib - 1:0.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook