SON XƏBƏR

"Oxfam": ABŞ şirkətlərinin ofşorlarda 1,6 trln. dolları var

Aprel 13
19:48 2017
Prezident Donald Tramp deofşorizasiya prosesini sürətləndirmək üçün səylər göstərdiyi bir vaxtda "Oxfam" təşkilatının açıqladığı rəqəmlər göstərir ki, 2016-cı ilin sonuna ABŞ-ın 50 ən iri şirkəti vergidən yayınmaq üçün ofşor hesablarında 1,6 trln. dollar saxlayır.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə bu rəqəm 200 mlrd. dollar çoxdur.

Həmin şirkətlər arasında "Apple", "Microsoft", "Wall Mart" və "Pfizer" nəhənglər var. Hesabata əsasən, ofşorlarda ən çox vəsait saxlayan ABŞ şirkəti "Apple" korporasiyasıdır. Texnologiya nəhənginin ofşorlarda 200 mlrd. dolları var. İkinci yerdə qərarlaşan "Pfizer"in 193,6 mlrd. dolları, üçüncü yerdəki "Microsoft" korporasiyasının isə 124 mlrd. dolları ofşor zonalarda idarə olunur.

"Oxfam"ın rəsmi nümayəndəsi Robbi Silverman (Robbie Silverman) bildirir ki, "ofşorlara qaçış vergidən yayınmaq üçün ən optimal variantdır". "Hər il bu metoda əl atan ABŞ şirkətləri təxminən 135 mlrd. dollarlıq vergi ödənişlərindən boyun qaçırır", - deyə o əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook