SON XƏBƏR

Çox işləyən alkoqolizmə meylli olur

İyun 19
06:39 2017
Alimlərin beynəlxalq araşdırma qrupu alkoqol istifadəsi və iş saatının uzunluğu arasında əlaqəni müəyyən etmək üçün tarixinin ən böyük araşdırmasını aparıb.
 
Problem üzrə 61 tədqiqatda 14 ölkədən 330 min nəfər iştirak edib. Tədqiqatlar normadan çox işləyən adamların alkoqola daha meylli olduğu faktını ortaya çıxarıb. Çünki əlavə iş insanda depressiya, stress, yuxu ilə bağlı problem yaradır. Alkoqol isə belə mənfi effektlərdən uzaqlaşmaq vasitəsi kimi seçilir.
 
Avropa Birliyində standart iş müddəti həftədə 40 saatdır. Əgər işçinin norması 48 saata çatırsa, bu içilən spirtli içkilərin miqdarını 11% artırır. 49 saatdan yuxarı 13% artım müşahidə olunur. Depressiya və yorğunluq nəticəsində yaranana içki içmək istəyi kişilər üçün daha xarakterikdir, nəinki qadınlar. Araşdırma göstərir ki, bu, coğrafiyadan, insanların iqtisadi, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eynidir.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook