SON XƏBƏR

“Ovçular ət və ət məhsulları” MMC təkzib edir

Fevral 09
11:50 2018
Qlobal.Az "Ovçular ət və ət məhsulları” MMC-nin təkzibini oxuculara təqdim edir:
 
"2018-ci ilin fevral ayının 3-də AzEuroNews.com saytında "Ovçular ət və ət məhsulları” MMC-nin fəaliyyətinə, Azərbaycanın qida sənayesində tutduğu önəmli mövqeyə, şirkətimizin işgüzar nüfuzuna ciddi zərbə vuran, istehsalçı ilə istehlakçı arasında münasibətlərə kölgə salan, qeyri-etik başlıqlı "NZS-də gizlənən "Ovçular” xalqa nə yedirir” adlı obyektivlikdən uzaq, qərəzli, sübut və dəlillərə, faktlara əsaslanmayan qondarma, tənqidi yazı dərc olunmuşdur.
 
Sizin sayt heç bir araşdırma və dəqiqləşdirmə aparmadan, məqsədi bəlli olmadan həmin materialı öz səhifəsində tirajlamış, bununla peşə etikasını pozmuş və şirkətimizə qarşı qərəzli mövqe nümayiş etdirmişdir. 25 ildən çoxdur davamlı olaraq Azərbaycan xalqına ləyaqətlə xidmət edən istehsalçı qurum olaraq hər zaman media işçiləri ilə etik çərçivədə, qarşılıqlı hörmətə söykənən münasibətlər qurmuş, irad və təkliflərə qarşı açıq olmuş, dözümlülük göstərmişik. Barəmizdə yazılan qeyri-obyektiv yazıdan kollektivimiz nə qədər qəzəblənsə də, bu dəfə də prinsiplərimizə sadiq qalaraq hüquqi tələb irəli sürmədən cavab haqqımızdan istifadə edərək AzEuroNews.com saytına müraciət edib ictimaiyyəti çaşdıran yazının onlayn istifadədən həmişəlik yığışdırılmasını və təkzib verilməsini xahiş və tələb etmişik. Qarşı tərəf yazını hazırlayarkən məsələyə ciddi yanaşmadığını etiraf edərək, etirazımızı qəbul etmiş, adıçəkilən yazını saytdan çıxartmış, təkzib vermişdir. Hazırda sizin istinad etdiyiniz yazı internetdə yoxdur!
 
Yazıda qərəzli şəkildə hədəfə alınan qurum olaraq mövqeyimizi sizə də bildirir, istinad etdiyiniz mənbənin (AzEuroNews.com) atdığı düzgün addımı sizin davam etdirmənizi istəyirik. Bir iş günü ərzində "NZS-də gizlənən "Ovçular” xalqa nə yedirir” adlı yazının saytdan çıxarılmasını, təkzib verilməsini xahiş edirik.
 
Müraciətimiz cavabsız qalarsa, tələbimiz yerinə yetirilməzsə, ləkələməyə çalışdığınız nüfuzumuzu qorumaq üçün saytınıza qarşı Azərbaycan Respublikası Qanunları çərçivəsində hüquqi müstəvidə adekvat addımlar atacağımız barədə sizə xəbərdarlıq edirik.
 
Etiraz xarakterli mövqeyimizi anlayışla qarşılayacağınıza, jurnalistin peşə etikasına, əxlaq kodeksinə sadiq qalacağınıza, cavab haqqına əsaslanan haqlı xahiş və tələblərimizi yerinə yetirəcəyinizə, saytınızda bir daha barəmizdə əsassız, qərəzli yazılar yerləşdirməyəcəyinizə ümid edirik".
 
***
Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.

Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.

Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib.

Onlardan biri də "Ovçular ət və ət məhsulları” MMC müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.

AzEuroNews.com-un məlumatına görə, adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.

Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir və bunun nəticəsidir ki, nüfuzlu "Uğur” mükafatına layiq görülüb.

Ötən il isə "Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.

Bu da müxtəlif çeşidli "Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub.

Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar "Ovçular”ın servalatlarına üstünlük verildiyini söylədilər.

Satıcıların sözlərinə görə, kolbasa vitrinində "Ovçular”a aid sosiska və kolbasalar qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.

Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.

Bir neçə gün əvvəl isə saytımızda kolbasa firmaları haqda yazılarımızın birində "Ovçular” MMC barədə müxtəlif iddialar yer almışdı.

Əsasən internet resursları və bir neçə saytda əvvəllər yayılmış xəbərlər əsasında hazırlanmış məqalədə şirkətin məhsullarının keyfiyyətinin aşağı olduğu, kolbasada istifadə edilən ət məhsullarının yararsız olduğu bildirilmişdi.

Amma bu iddiaların kökündən yanlış, dəqiqləşdirilməmiş, ətraflı araşdırılmamış yayımlandığı məlum olub.

Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.

Ona görə də saytımızda gedən həmin məqalədə "Ovçular” MMC barədə əsaslandırılmamış, səhv və həqiqətdən uzaq iddialar qeyd olunub.

1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən "Ovçular” MMC müasir şirkətə çevrilib.

Bildirək ki, müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.

Ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edən "Ovçular” MMC keyfiyyəti diqqət mərkəzində saxlayır və 2017-ci ildə keyfiyyəti daha da yüksəldib.

Belə desək, "Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır. 
 

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook