SON XƏBƏR

Orxan Məmmədov: Qara Dəniz Ölkələrinin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün potensial genişdir

Noyabr 02
12:03 2018
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qara Dəniz regionunda fəaliyyət göstərən analoji qurum və təşkilatlar ilə yaxından əməkdaşlıq etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"Hesab edirik ki, Qara Dəniz Ölkələrinin biznes dairələri arasında yeni əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi üçün potensial genişdir. Bu potensialın reallaşdırılması üçün müvafiq qurumlar birgə səylərini artırmalı və regionda fəaliyyət göstərən kiçik və orta biznes subyektləri arasında işgüzar münasibətlərin inkişafını təşviq etməliyik", - deyə O.Məmmədov diqqətə çatdırıb.


 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook